Medianews.az
Ən çox qazanan 10 futbolçu
345 baxış

Ən çox qazanan 10 futbolçu

“Forbes” (ABŞ) jurnalı 2025-ci ildə ən çox qazanan futbolçuların siyahısını tərtib edib. Qazanca maaşlar və başqa gəlirlər daxildir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasından portuqaliyalı Kriştiano Ronaldo 280 milyon dollar gəlirlə zirvədə yer alır.

Medianews.az-ın məlumatına görə, ABŞ-ın “İnter Mayami” komandasından argentinalı Lionel Messinin builki qazancı 130 milyon dollar olub.

Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasından fransalı Kərim Benzemanın qazancı 104 milyon dollar göstərilir.

İlk onluqda Madrid “Real”ından fransalı Kilian Mbappe (95 milyon dollar qazanc), İngiltərənin “Mançester Siti” komandasından norveçli Erlinq Holand (80 milyon dollar), “Real”dan braziliyalı Vinisius Junior (60 milyon dollar), İngiltərənin “Liverpul” komandasından misirli Məhəmməd Salah (55 milyon dollar), “Əl-Nəsr”dən seneqallı Sadio Mane (54 milyon dollar), “Real”dan ingiltərəli Cud Bellingem (44 milyon dollar), İspaniyanın “Barselona” komandasından Lamin Yamal (43 milyon dollar) da var.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun