Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən məqsədyönlü işlər aparılır.
TƏBİB-dən Medianews.az-a verilən məlumata görə, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində “e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.
Bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.