Duş başlıqları və şlanqlarında bakteriyalar toplanır, bu isə dəri, qulaq və tənəffüs infeksiyalarına səbəb ola bilər.
Medianews.az xəbər verir ki, bunu rusiyalı bioloq İrina Lyalina açıqlayıb.
O, duş başlığını ayda ən azı bir dəfə, sərt su istifadə edildikdə və uşaqlı/yaşlı ailələrdə isə hər iki həftədən bir təmizləməyi tövsiyə edib. Təmizləmə üçün 9% sirkə məhlulu və ya xlor tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə etmək məsləhət görülür.
Medianews.az