Medianews.az
Durova qarşı cinayət işinin
75 baxış

Durova qarşı cinayət işinin detalları

"Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı Fransada aparılan istintaq çərçivəsində irəli sürülən 10-dan çox ittihamın hər biri on ilə qədər həbs cəzası nəzərdə tutur.

Medianews.az xəbər verir ki, bu barədə Durov özünün "Telegram" kanalında məlumat paylaşıb.

"Makronun Fransası söz azadlığını və məxfiliyi boğmaq məqsədilə cinayət təqiblərindən istifadə etdiyi üçün öz legitimliyini itirir. Mən Fransada istintaq altındayam: hər birinə görə 10 ilə qədər həbs cəzası düşən ondan çox ittiham var", - deyə o bildirib.

Bundan əvvəl də iş adamı vurğulayıb ki, onun fikrincə, istifadəçilərinə müəyyən dərəcədə azadlıq verən sosial platformaları cinayət məsuliyyətinə cəlb edən yeganə ölkə məhz Fransadır.

Xatırladaq ki, 2021-ci ildə Fransa vətəndaşlığını alan Pavel Durov 2024-cü ilin avqust ayının sonlarında Le-Burje hava limanında təyyarədən enərkən saxlanılıb. Ona mütəşəkkil cinayətkarlıqla əlaqəli bir sıra qanunpozmaları üzrə ittihamlar irəli sürülüb. Xüsusilə də, o, "Telegram"da kriminal xarakterli məzmunun yayılmasının qarşısını almaq üçün tədbir görməməkdə və fəaliyyətsizlikdə təqsirləndirilib.

Ötən ilin avqustunun sonundan etibarən Fransada olan Durova ölkədən çıxmaq qadağan edilib.//Bakıvaxtı.az

Bizə qoşulun