Medianews.az
Dünyanı narahat edən GÖRÜNTÜLƏR -
46 baxış

Dünyanı narahat edən GÖRÜNTÜLƏR - 48 saat ərzində...

ABŞ-ın Avropa və Yaxın Şərqdəki hərbi bazalarına çoxsaylı qırıcı təyyarə, tanker və kəşfiyyat elementləri yerləşdirməsi bölgədə gərginliyi artırıb.

Medianews.az xəbər verir ki, ABŞ mediası Vaşinqtonun İrana mümkün hücumunun şənbə günü başlaya biləcəyini iddia edir.

Tehran isə buna cavab olaraq Hörmüz boğazı ətrafında hərbi təlimlər keçirdiyini açıqlayıb.

Dünyayı tedirgin eden görüntü! Akın akın gidiyorlar

Amerika mənbələrinin məlumatına görə, son 48 saat ərzində Avropadakı bazalardan havaya qalxan F-22 Raptor və F-35 Lightning II qırıcıları bölgəyə doğru hərəkət edib. Təyyarələrə havada yanacaq doldurulmasını KC-135 Stratotanker tipli tanker təyyarələri təmin edib.

Kəşfiyyat missiyalarında isə RC-135 Rivet Joint təyyarələrinin iştirak etdiyi bildirilir.

Məlumata görə, Böyük Britaniyadakı RAF Lakenheath bazasından 18 ədəd F-35 qırıcısı bölgəyə doğru hərəkət edib. ABŞ-dakı Joint Base Langley-Eustis bazasından isə F-22 təyyarələrinin Böyük Britaniyaya göndərildiyi qeyd olunur.

Qətərdə yerləşən Al Udeid Air Base bazasında yerləşən RC-135 kəşfiyyat təyyarələri və Aralıq dənizində patrul xidməti aparan P-8 Poseidon təyyarələrinin də əməliyyat hazırlığında olduğu bildirilir.

Dünyayı tedirgin eden görüntü! Akın akın gidiyorlar

İran hökuməti isə mümkün hücum ehtimalını nəzərə alaraq Strait of Hormuz ətrafında hərbi təlimlər keçirdiyini və müdafiə tədbirlərini gücləndirdiyini açıqlayıb. Tehran rəsmi açıqlamasında bölgədə istənilən ssenariyə hazır olduqlarını bəyan edib.

ABŞ mediasında yayılan məlumatlara əsasən, Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatı şənbə günü başlaya bilər. Bu iddialar dünya miqyasında ciddi narahatlıq yaradıb.

Ekspertlər ABŞ-ın hərbi yerləşdirmələrinin həm çəkindirmə strategiyası, həm də mümkün əməliyyat hazırlığı kimi qiymətləndirildiyini bildirirlər.

Məlumata görə, USS Abraham Lincoln təyyarədaşıyan gəmisi də bölgədə fəaliyyət göstərir. Vaşinqtonun bu addımlarının NATO və digər müttəfiqlərlə koordinasiyalı şəkildə atıldığı və regional hərbi hazırlığın artırıldığı bildirilir.

Hazırkı vəziyyət Yaxın Şərqdə onsuz da yüksək olan gərginliyi daha da artırıb. Rəsmi Vaşinqton və Tehran arasında isə hələlik qarşılıqlı ittihamlar və hazırlıq mesajları davam edir.

Medianews.az

Bizə qoşulun