Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı "Now TV"də yayımlanan "Yeraltı" serialı ilə bağlı paylaşım edib.
Medianews.az Musavat.com-a istinadla bildirir ki, D.Baxçalı "X" platformasında bildirib ki, serialın baş qəhrəmanlarından biri olan aktyor Uraz Kaygılaroğluna zəng edib.
Siyasətçi sənətçini performansına görə təbrik edib.
"Bu gün "Now TV"də yayımlanan "Yeraltı" serialının baş rol aktyorlarından Uraz Kaygılaroğluna zəng etdim. Türk gənclərinin pis vərdişlərdən uzaq durması istiqamətində həyata keçirdikləri uğurlu yayım və nümunəvi ssenarinin ekranlara daşınmasından məmnunluğumu ifadə etdim. Qəbul edəcəkləri halda onlara bir bozqurd tablosu hədiyyə etmək istədiyimi bildirərək bütün komandaya uğurlar arzulayıram", - Dövlət Bağçalı qeyd edib.
