Medianews.az
Bakının məşhur məkanı bağlandı -
49 baxış

Bakının məşhur məkanı bağlandı - FOTOLAR

Bakının ən dəbdəbəli məkanlarından biri “Telequlle & Tower Terrace Restaurant” fəaliyyətini dayandırıb.

Medianews.az xəbər verir ki, bu barədə restoranın rəsmi instaqram hesabında paylaşım edilib. Bildirilib ki, məkan mövsümlə əlaqədar olaraq fəaliyyətini müvəqqəti dayandırır və növbəti sezona qədər qonaqlarını qəbul etməyəcək.

Paylaşımda qeyd olunub ki, restoran yeni mövsümdə yenidən qapılarını açacaq və əvvəlki kimi qonaqlara yüksək səviyyəli xidmət təqdim edəcək.

Qeyd edək ki, TELEQULLE & TOWER TERRACE RESTAURANT Bakının ən bahalı və lüks restoranlarından biri kimi tanınır.

Restoranın nə vaxt yenidən fəaliyyətə başlayacağı isə hələlik açıqlanmayıb.

Bizə qoşulun