Medianews.az
Bayram Nurlu: “Heç bir siyasi fəaliyyətim yoxdur”
57 baxış

Bayram Nurlu: “Heç bir siyasi fəaliyyətim yoxdur”

Məşhur ekstrasens, "Instagram" fenomeni Bayram Nurlu siyasətə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Medianews.az bildirir ki, Musavat.com-a açıqlama verən fenomen yayılan xəbərlərin əsassız olduğunu söyləyib:

“Heç bir siyasi fəaliyyətim yoxdur. Fenimenəm, bloqerəm. İşim budur. Mənə səhərdən zənglər gəlir. Bilmirəm bu xəbəri kimlər nə məqsədlə yayır. Siyadətə qoşulmuram. Heç elə fikrim də yoxdur. Yalan xəbərdir”.

Qeyd edək ki, sözügedən xəbəri Demokrat.az yayıb.

Bildirilib ki, Bayram Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv olmaq üçün müraciət hazırlayıb.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri hazırda Milli Məclisin deputatı kimi də fəaliyyət göstərən Elşən Musayevdir.

Bizə qoşulun