2025-ci ilin üç rübündə Azərbaycanda 72210 uşaq doğulub, hər 1000 nəfərə 9,4 doğum düşüb.
Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, ölkənin baş şəhəri Bakıda 1000 nəfərə 8,1 doğum qeydə alınıb. Paytaxtın on iki rayonunun cəmi ikisində 1000 nəfərə doğum ölkə üzrə göstəricidən yuxarı olub: Qaradağ rayonunda 1000 nəfərə 12,4 doğum, Yasamal rayonunda 10,7 doğum rəsmiləşib.
Doğumda üstün olan başqa bölgələr belə sıralanır:
Yardımlı - 1000 nəfərə 14,7 doğum
Qobustan - 14,1
Cəlilabad - 13,7
Xocalı - 13,5
Astara - 12,6
Xocavənd - 12,5
Kəlbəcər - 12,4
Biləsuvar - 12,3
Lerik rayonu - 12,2
Laçın və Şamaxı - 12,1
Ağsu və Samux - 12
Salyan - 11,7
Ağdam və Daşkəsən - 11,6
Quba - 11,5
Göygöl və Tovuz - 11,4
Ağcabədi, Füzuli, Sabirabad və Yevlax - 11,3
Bərdə və Kürdəmir - 11,2
Qəbələ və Zərdab - 11,1
İsmayıllı - 10,9
Ağstafa və Beyləqan - 10,8
Goranboy, Siyəzən və Ucar - 10,7
İmişli - 10,5
Ağdaş, Göyçay və Saatlı - 10,4
Xaçmaz, Qubadlı, Oğuz və Tərtər - 10,3
Qazax - 10,2
Cəbrayıl, Hacıqabul, Qax və Şəmkir - 10.
Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə 1000 nəfərə 26,6 doğum, 1995-ci ildə 18,9 doğum, 2000-ci ildə 14,7 doğum, 2005-ci ildə 16,9 doğum, 2010-cu ildə 18,5 doğum, 2015-ci ildə 17,4 doğum, 2020-ci ildə 12,7 doğum, 2024-cü ildə 10 doğum qeydə alınıb.
Toğrul Əli,
Medianews.az