Həkim-endokrinoloq Zuxra Pavlova yuxu vərdişlərinin beyin sağlamlığına təsiri barədə açıqlama verib.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, həm az, həm də həddindən artıq yuxu beyin üçün zərərlidir. İdeal yuxu müddəti 7–9 saat hesab olunur və bu normadan kənara çıxmaq beyin zədələnmə riskini artırır.
Həkim həmçinin gündüz tez-tez yatmağın və yuxusuzluğun da demensiya riskini yüksəltdiyini bildirib. Onun sözlərinə görə, davamlı yuxu pozuntuları sağlam insanlarda belə ciddi nevroloji problemlərə səbəb ola bilər.
Medianews.az