Medianews.az
Dəhşətli qətllə bağlı yeni GÖRÜNTÜLƏR yayıldı -
70 baxış

Dəhşətli qətllə bağlı yeni GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İzmirin Çeşmə rayonunda Dilan Polat və Engin Polat cütlüyünün yaxın mühafizəçisi Can Polatın öldürüldüyü silahlı hücumla bağlı yeni məlumatlar yayılıb.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisənin baş verdiyi otelin əməkdaşları hücumun otelə deyil, birbaşa Can Polata qarşı təşkil olunduğunu bildiriblər. İddialara görə, 23 yaşlı şübhəli səhər saat 09:00-dan etibarən küçədə pusqu quraraq Can Polatın çıxmasını gözləyib.

Məlumata görə, hadisə Alaçatıda yerləşən otelin yaxınlığında baş verib. Engin Polatın əmisi oğlu və mühafizəçisi olan 37 yaşlı Can Polat avtomobilə əşyaları yerləşdirmək üçün çölə çıxarkən silahlı hücuma məruz qalıb. Ağır yaralanan Can Polat xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Otel əməkdaşlarının sözlərinə görə, hücum edən şəxs əvvəlcə atəş açmağa cəhd etsə də, silahda nasazlıq yaranıb. Daha sonra yenidən yaxınlaşaraq bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Şahidlər hücumçunun birbaşa Can Polatı hədəf aldığını bildiriblər.

İzmir Valiliyinin açıqlamasına əsasən, hadisədən sonra qaçan S.A. adlı 23 yaşlı şübhəli istifadə etdiyi silahla birlikdə qısa müddətdə saxlanılıb. Faktla bağlı çoxşaxəli istintaq aparılır.

Medianews.az



Bizə qoşulun