Yaponiyanın Misima bölgəsində polis 8 yaşlı oğlan uşağının müraciəti əsasında təhqiqata başlayıb.
Məlumatda deyilir ki, fevralın 22-də günorta çağı uşaq polisə anasının onu atıb getdiyi barədə şikayət edib.
Polisə çağırılandan sonra aydın olub ki, uşağı tək qoyub gedəndə 28 yaşlı ananın yanında sevgilisi də olub.
Niyə uşağı dağlarda qoyub getdiklərini ana belə izah edib ki, onu pis davranışına görə cəzalandırmaq, bu üsulla tərbiyə etmək qərarına gəliblər.
Hazırda polis ananın və sevgilisinin uzağa fiziki zor tətbiq edib-etmədiyini araşdırır.
Medianews.az