Medianews.az
Paralimpiya Oyunlarını boykot edənlərin sayı artdı  -
124 baxış

Paralimpiya Oyunlarını boykot edənlərin sayı artdı - SƏBƏB

Bu il martın 6-da İtaliyanın Verona şəhərində Qış Paralimpiya Oyunlarının açılışı olacaq.

Medianews.az xəbər verir ki, Kanadanın paralimpiya komandası açılış mərasiminə qatılmayacaq. Bunu Kanadının Paralimpiya Komitəsi bəyan edib.

Komitə bildirib ki, mərasimin boykot olunması qərarı Rusiya və Belarus komandalarına görə verilib.

2022-ci ildə Ukraynada total müharibəyə başlayandan sonra Rusiya və onun ən yaxın müttəfiqi Belarus Paralimpiya Oyunlarından kənarlaşdırılmışdı.

2025-ci ildə Beynəlxalq Paralimpiya Komitəsi Rusiya ilə Belarusun üzvlüyünü bərpa edib və bu ölkələrin komandalarının 2026-cı ilin Qış Paralimpiya Oyunlarında öz himnləri və dövlət simvolları ilə iştirakına razılaşıb.

Buna etiraz olaraq Ukrayna və Çexiya komandaları Veronadakı açılış mərasimini boykot etmək qərarına gəlib.

Kanadanın prosesə qoşulması ilə Qış Paralimpiya Oyunlarının açılışını boykot edən ölkələrin sayı üçə çatıb.

Mədinə Cəlilova,
Medianews.az

Bizə qoşulun