Medianews.az
Çində 9 generalın mandatı
163 baxış

Çində 9 generalın mandatı əlindən alındı

Gələn həftə Çin Xalq Respublikası parlamentinin - Ümumçin Xalq Nümayəndələri Yığıncağının illik iclası keçiriləcək.

Ümumçin Xalq Nümayəndələri Yığıncağının illik toplantısı ölkədə əlamətdar siyasi hadisələrdən sayılır. Toplantıda yüzlərlə nümayəndə iştirak edir.  

Medianews.az xəbər verir ki, iclas ərəfəsində mühüm vəzifə tutan 19 nəfər deputat mandatından məhrum edilib. Onlardan 9 nəfəri yüksək rütbəli hərbçilərdir. Aralarında Quru Qoşunlarının komandanı və bir qədər əvvəl orduda rəhbər vəzifələrdən uzaqlaşdırılmış digər generallar var.

Deputat mandatından məhrum edilmə haqqında qərarlar Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsində çıxarılıb. Qərarın arxasında xüsusilə ötən ilin sonlarından ordu rəhbərliyində kadrc dəyişiklikləri edən Çin Xalq Respublikasının sədri Si Cinpinin dayandığı heç kimdə şübhə doğurmur.

Mədinə Cəlilova,

Medianews.az

Bizə qoşulun