ABŞ prezidenti Donald Tramp məşhur aktyor, Hollivud ulduzu Robert De Nironu deportasiya etməklə hədələyir.
Medianews.az xəbər verir ki, buna səbəb Robert De Nironun “MS NOW” radiosunda çıxışı zamanı səsləndirdiyi fikirlərdir.
Uzun illərdir Donald Trampı sərt tənqid edən De Niro radiodakı çıxışında Trampın heç vaxt hakimiyyətdən getməyəcəyini düşündüyünü bildirib. O deyib ki, amerikalılar Trampı vəzifədən uzaqlaşdırmalıdırlar.
Donald Trampın cavabı ləngiməyib. Prezident sosial şəbəkədə yazıb ki, əslində De Niro İlhan Omar və Rəşidə Tlaiblə birgə qayığa minib ölkədən getməlidirlər.
Tramp De Nironu “xəstə, ağlını itirmiş”, “son dərəcə aşağı intellekt sahibi”, “nə etdiyini və nə dediyini qətiyyən bilməyən” adam adlandırıb və əlavə edib ki, De Nironun dediklərinin bəzisi ciddi cinayət əməlidir.
İlhan Omar və Rəşidə Tlaib müsəlman xanımlardır. Hər ikisi ABŞ Nümayəndələr Palatasına Demokratlar Partiyasından seçilib.
Nahidə Vahidqızı,
Medianews.az