Medianews.az
Dediyi sözlər ilə Ərdoğanı kövrəltdi -
61 baxış

Dediyi sözlər ilə Ərdoğanı kövrəltdi - VİDEO

Türkiyədə 23 Aprel mərasimi zamanı duyğusal anlar yaşanıb.

Medianews.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 23 Aprel Milli Suverenlik və Uşaq Günü münasibətilə uşaqları qəbul edib.

Mərasim Kırklarelinin Vize rayonundan olan balaca Gülsunun “Bayraq” şeirini oxuması ilə yadda qalıb. Tədbirin ən təsirli anlarından biri isə Gülsunun böyük qardaşının səhnəyə dəvət olunması olub. 

Tədbir zamanı Gülsunun şeir oxuduğu video nümayiş etdirilib. Videonu izləyən böyük qardaş emosiyalarına hakim ola bilməyərək göz yaşlarına boğulub. Bu anlarda Prezident Ərdoğan onu qucaqlayaraq təsəlli verib.

Hadisə Prezidentin özünə də təsir edib. Ərdoğanın göz yaşlarını saxlaya bilmədiyi və duyğulandığı anlar tədbir iştirakçıları tərəfindən diqqətlə izlənilib. Sonda prezident Ərdoğan uşaqları təbrik edib və onlarla xatirə şəkli çəkdirib.

Medianews.az

Bizə qoşulun