Cənubi Koreya millisinin yarımmüdafiəçisi Hvan İn Bom Dünya Çempionatının Çexiyaya qarşı keçirilən matçında ən yaxşı oyunçu seçilib.
Medianews.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi "X" səhifəsi məlumat yayıb.
Meksikanın Qvadalaxara şəhərində baş tutan "A" qrupunun qarşılaşması Cənubi Koreya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matç zamanı 29 yaşlı Hvan İn Bom bir qol vurub və bir məhsuldar ötürmə (assist) ilə yaddaqalan olub.
Cənubi Koreya millisinin heyətində 74 oyuna çıxan yarımmüdafiəçi 7 qol vurub.
Hazırda "A" qrupunda Cənubi Koreya və Meksika hərəyə 3 xalla liderlik edirlər. Bu iki komanda iyunun 19-da ikinci turda üz-üzə gələcək.
Medianews.az