Medianews.az
DÇ-2026:
111 baxış

DÇ-2026: Argentina İordaniyanı məğlub etdi

Futbol üzrə dünya çempionatının Argentina İordaniyaya qalib gəlib.

Medianews.az xəbər verir ki, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Argentinanın heyətində Covani Lo Çelso (18), Lautaro Martines (31) və Lionel Messi (80) fərqləniblər. İordaniyanın yeganə qolu isə Musa al-Tamarinin (55) aktivinə yazılıb.

Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. Cənubi Amerika təmsilçisinin 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.

Qeyd edək ki, bu matçla eyni vaxtda keçirilən Əlcəzair - Avstriya oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinin oyunlarına yekun vurulub.

Bizə qoşulun