Medianews.az
Daha bir məşhur serialda eşq qalmaqalı -
77 baxış

Daha bir məşhur serialda eşq qalmaqalı - VİDEO

Türkiyədə yayımlanan “Taşacaq Bu Dəniz” serialının aktyorları arasında yaşandığı iddia edilən münasibət maqazin gündəminin əsas mövzularından birinə çevrilib.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın aktyorları Ali Öner və Zeynep Atılganın mövsüm finalı gecəsində birlikdə rəqs etdiyi görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Həmin görüntülərdən sonra ikili arasında eşq yaşandığı barədə iddialar yenidən gündəmə gəlib.

Məlumata görə, Ali Öner ötən ilin avqustunda Livanur Aydınla nişanlansa da, cütlük daha sonra gözlənilmədən ayrılıb. Ayrılığın səbəbi kimi isə həmin dövrdə Ali Önerlə rol yoldaşı Zeynep Atılgan arasında yaxınlaşma olduğu iddia edilirdi.

Mövsüm finalı gecəsindən yayılan görüntülərdən sonra Ali Önerin keçmiş nişanlısı Livanur Aydın sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. O, ad çəkmədən “Bu gün sizin əmin olduğunuz şübhələr mənim üçün əvvəldən reallıq idi” sözlərini yazaraq xəyanət iddialarına eyham vurub.

Sosial mediada yayılan görüntülər və Livanur Aydının paylaşımı maqazin aləmində geniş müzakirələrə səbəb olub. Ali Öner və Zeynep Atılgan isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Bizə qoşulun