Medianews.az
Corca. Məhz Corca - Azərbaycana gələcək -
93 baxış

Corca. Məhz Corca - Azərbaycana gələcək - Adı necə yazılmalıdır?

2022-ci ildən İtaliya Respublikası Nazirlər Şurasının sədri, yəni İtaliyanın baş naziri olan xanım Meloninin adı Azərbaycan mediasında müxtəlif formalarda yazılır:

Ciorcia Meloni

Corcia Meloni

Corciya Meloni

Corca Meloni.

Bəzi xəbərlərdə adın orijinaldakı kimi Giorgia yazıldığını da görmək mümkündür.

Hansı doğrudur?

Medianews.az saytı onlayn ensiklopediyaya – Vikipediaya nəzər salıb.

Burada ad Corca yazılıb.

Süni intellekt proqramı olan ChatGPT-nin Medianews.az-ın “İtaliyanın baş naziri Meloninin adı Azərbaycan dilində necə yazılmalıdır” sualına verdiyi cavab da bu variantın doğruluğunu təsdiqləyir.

Cavabda deyilir: “İtalyanca Giorgia adı Azərbaycan dilinə fonetik uyğunlaşdırma ilə Corca kimi verilir (g → c, -gia → -ca). Bəzi media orqanlarında başqa variantlara da rast gəlinir, lakin Azərbaycan dilinin fonetik prinsiplərinə daha uyğun forma Corca Melonidir”.

Qeyd edək ki, Corca Meloni mayın 5-də Azərbaycana səfər edəcək.

Medianews.az

Bizə qoşulun