Medianews.az
Çində bəzi şirkətlər əməkdaşlarını süni intellektlə
93 baxış
Yüklə

Çində bəzi şirkətlər əməkdaşlarını süni intellektlə əvəzləməyə başlayıblar

Çində bəzi şirkətlər işdən çıxarılan əməkdaşları əvəz etmək üçün onların rəqəmsal surətlərini yaratmağa başlayıblar.

Medianews.az bu barədə Oxu.Az  istinadən xəbər verir.

Məlumata görə, işçilər "Colleague Skill" adlı süni intellekt agenti vasitəsilə əvəz olunur. Bu sistem konkret bir şəxsin iş yazışmaları, mesajlarının ekran görüntüləri, iş layihələri və rəsmi sənədləşmələri əsasında təlim keçir. Nəticədə yaradılan süni intellekt modeli həmin şəxsin hətta fərdi ünsiyyət üslubunu da təqlid etmək qabiliyyətini əldə edir.

Yeni texnologiyanın tətbiqi işçilər arasında ciddi narazılığa səbəb olub. Əməkdaşların sözlərinə görə, rəhbərlik əvvəlcə onlardan iş proseslərini və qərarvermə məntiqini mümkün qədər ətraflı izah etmələrini tələb edib. Lakin sonradan həmin şəxslər işdən çıxarılıblar və onların vəzifələri tam şəkildə süni intellektə ötürülüb.

Bizə qoşulun