Medianews.az
Çində ard-arda iki güclü
99 baxış

Çində ard-arda iki güclü zəlzələ oldu

Çinin Çinxay vilayətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, ilk yeraltı təkanın episentri təxminən 1,6 milyon insanın yaşadığı Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. İkinci zəlzələnin episentri isə bu şəhərdən 249 km cənub-qərbdə yerləşib, ocağın dərinliyi 15 km təşkil edib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur./publika.az

Bizə qoşulun