Medianews.az
“Çelsi” Qarnaçaonu satacaq?
120 baxış

“Çelsi” Qarnaçaonu satacaq?

Ötən mövsüm uğursuz çıxışına baxmayaraq, “Çelsi” bu yay Alexandro Qarnaçao ilə yollarını ayırmağı planlaşdırmır.

Bu barədə jurnalist Ben Ceykobs sosial mediada məlumat yayıb.

Mənbənin məlumatına görə, “mavilər”in rəhbərliyi argentinalı oyunçunun paytaxt klubundakı ilk mövsümünün uğursuz keçməsinə baxmayaraq, ona hələ də inanır.

21 yaşlı Qarnaçonun 2032-ci ilə qədər uzunmüddətli müqaviləsi var. Ötən mövsüm cinah yarımmüdafiəçisi “mavilər”in heyətində 43 oyunda iştirak edib, 8 qol vurub (bunlardan altısı FA Kuboku və Liqa Kubokunda) və 4 məhsuldar ötürmə edib./publika.az

Bizə qoşulun