Cəlilabadda balta hücumuna məruz qalan uşaqların şəxsiyyəti bilinib.
Medianews.az xəbər verir ki, onlar 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
XXX
17:52
Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində kənd sakini şəxsi münasibətlər zəminində azyaşlı qohumlarına hücum edib.
“Unikal”ın məlumatına görə, əmi 12 yaşlı qardaşı qızına və 14 yaşlı qardaşı oğluna kəsici alətlə xəsarətlər yetirib. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır.