Medianews.az
Bundestaqının sabiq sədri
47 baxış

Bundestaqının sabiq sədri vəfat etdi

Almaniya parlamentinin – Bundestaqın sabiq sədri Rita Züssmut vəfat edib. Xristian Demokratlar İttifaqının (CDU) üzvü olan siyasətçi 88 yaşında dünyasını dəyişib.

Medianews.az  xəbər verir ki, bu barədə parlamentin hazırkı sədri Yuliya Klökner X platformasında məlumat verib.

R.Züssmut 1987-2002-ci illərdə Almaniya Bundestaqının üzvü olub. O, on il ərzində - 1988-1998-ci illərdə isə parlamentin sədri vəzifəsini icra edib. R.Züssmut 1985-1988-ci illərdə Kansler Helmut Kolun rəhbərlik etdiyi hökumətdə ailə məsələləri, yaşlılar, qadınlar və gənclər naziri vəzifəsində fəaliyyət göstərib.

Bizə qoşulun