Medianews.az
Fatihin vəsiyyəti açıqlandı
42 baxış

Fatihin vəsiyyəti açıqlandı

Mərhum müğənni Fatih Ürekin vəsiyyəti üzə çıxıb.

2 il əvvəl qatıldığı bir proqramda sənətçi vəsiyyətnaməsinin olduğunu qeyd edib:

"Əslində, mən bunu bir yerə yazmışam, yəqin ki, hələ də oradadır. Amma hər il nəsə dəyişir. Öz adıma bir xeyriyyə fondu istəyirəm. Həyatımda ən çox istədiyim şey adıma bir məktəb tikilməsidir. Məktəblərə ehtiyacımız var. Uşaqları görəndə ağlayıram. Bəlkə də qocaldığım üçündür".

Qeyd edək ki, Fatih Ürek ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı. Dörd ay reanimasiyada qalan müğənni iki gün əvvəl dünyasını dəyişib. (Axşam.az)

Bizə qoşulun