Yanvarın 7-də ABŞ-də həbs olunan azərbaycanlı alim, professor Şövqi Hüseynov azadlığa buraxılıb.
Medianews.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib:
“Bütün sənədlərim leqal və öz yerində olduğu üçün bu gün evimdəyəm. Minlərlə nesaj almışam. Hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm”.
Xatırladaq ki, Baffalo Universitetində çalışan Ş. Hüseynov bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılmışdı.
Professorun ölkədən deportasiya ediləcəyi gözləndiyi haqda xəbərlər yayılmışdı.
Məlumata görə, Ş.Hüseynov yanvarın 7-də avtomobillə Baffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayının üzərində yerləşən “Peace” körpüsünü keçib və səhvən Kanada ərazisinə daxil olub. Bunan sonra alim geri qayıdarkən ABŞ sərhədçiləri tərəfindən saxlanılmışdı.