TƏBİB Ağsuda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Bildirilib ki, 01.01.2026-ci il tarixində saat 00:20 radələrində 4 nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir.