“Bu Şəhərdə” yumoristik qrupunun “Ev Dar” adlı son konsertində aktyor Coşqun Rəhimovun gəlinlik paltarında təqdim etdiyi səhnəcik sosial şəbəkələrdə və tamaşaçılar arasında geniş müzakirələrə yol açıb.
Medianews.az xəbər verir ki, izləyicilər arasında fərqli fikirlər formalaşıb və hadisə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, illərdir aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun qadın paltarında obraz canlandırması vaxtaşırı ictimai etirazlara səbəb olur. Bu mövzu ətrafındakı narazılıqlar bir neçə dəfə gündəmə gəlib.
Xatırladaq ki, illər əvvəl millət vəkili Fazil Mustafa da mövzuya münasibət bildirərək, aktyorların qadın geyimində çəkildiyi reklam lövhələrinin paytaxt küçələrindən yığışdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.