Medianews.az
Həkimdən xəbərdarlıq:
99 baxış

Həkimdən xəbərdarlıq: dişləri bu halda fırçalamayın

Stomatoloq Andres Ramirez bəzi qidaları yedikdən dərhal sonra dişləri fırçalamağın zərərli ola biləcəyini bildirib.

Medianews.az-ın məlumatına görə, həkim vurğulayıb ki, şirniyyat yedikdən sonra dərhal dişləri fırçalamaq olmaz.

Çünki şəkər ağız boşluğunda dərhal turşuya çevrilir, bu da, emalin demineralizasiyasına səbəb ola bilər.

Bu səbəbdən o, ən azı yarım saat gözləməyi, sonra ağız gigiyenası ilə məşğul olmağı tövsiyə edib. Bundan başqa, həkim şirniyyatları hər 15 dəqiqədən bir az-az yemək əvəzinə hamısını bir dəfəyə qəbul etməyi məsləhət görüb. Bu üsul turşunun dişlərə mənfi təsir müddətini azaldır və onları qorumağa kömək edir.

Medianews.az

Bizə qoşulun