Fransada həddindən artıq isti hava səbəbindən 60 vilayətdə narıncı xəbərdarlıq elan edilib.
Medianews.az xəbər verir ki, ölkədə davam edən isti hava dalğası fonunda 60 vilayətdə təhlükə səviyyəsi narıncı mərhələyə qaldırılıb.
Fransanın meteorologiya xidməti tərəfindən yayılan məlumata görə, bəzi bölgələrdə havanın temperaturunun gün ərzində 41 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Sinoptiklər bildirirlər ki, həddindən artıq istilər gələn həftə ərzində də davam edəcək.
Mövcud vəziyyətlə əlaqədar Fransa hökuməti tədbirləri gücləndirib. Yerli vaxtla saat 11:00-dan etibarən hökumət üzvlərinin iştirakı ilə isti hava şəraiti ilə bağlı böhran toplantısının keçirilməsi planlaşdırılıb.//Qafqazinfo