Botsvana hakimiyyəti vətəndaşlarının Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün saxta yolla cəlb edilməsi hallarının kəskin artdığını bildirib.
Bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Botsvananın Beynəlxalq Əlaqələr Nazirliyinin məlumatına görə, afrikalılar iş tapmaq bəhanəsi ilə xaricə cəlb edilir və bundan sonra onlar hərbi əməliyyatlarda iştirak etməyə məcbur edilirlər.
Nazirlik qeyd edib ki, bu cür sxemlərin qurbanlarının sayı sürətlə artır. Buna görə də, nazirlik vətəndaşları xaricdəki iş təkliflərini diqqətlə nəzərdən keçirməyə çağırıb./axar.az