Medianews.az
Xəbərdarlıq: Diabetə
221 baxış

Xəbərdarlıq: Diabetə səbəb ola bilər

“Enerji içkiləri karbohidrat mübadiləsinin pozulmasına və şəkərli diabetə səbəb olur”.

Medianews.az xəbər verir ki, bunu diyetoloq və endokrinoloq Anton Polyakov deyib.

O, enerji içkilərini diabet üçün ciddi risk faktoru kimi müəyyənləşdirib.

Polyakov qeyd edib ki, enerji içkiləri tərkibində çoxlu şəkər olduğu üçün məhsuldarlığı artırır. Bununla belə, onun sözlərinə görə, cavab olaraq orqanizm böyük dozada insulin buraxır və bu, qlükoza səviyyəsinin yüksəlməsinə, sonra isə kəskin azalmaya səbəb olur.

Həkim vurğulayıb ki, insulinin bu cür dalğalanmaları zaman keçdikcə karbohidrat mübadiləsini poza və şəkərli diabetə səbəb ola bilər. Polyakov onu da bildirib ki, energetik içkilərin təhlükəsiz dozası yoxdur və bu içkilərin az miqdarda olsa belə, müntəzəm istifadəsi əks təsirlərə səbəb ola bilər.

Medisnews.az

Bizə qoşulun