Dünyada ən çox istifadə edilən mesajlaşma platforması WhatsApp bu gündən etibarən bir sıra köhnə telefon modellərində işləməyəcək. Şirkət Android və iOS cihazları üçün yeniləmə dəstəyi kəsiləcək modellərin siyahısını açıqlayıb. Bu siyahıya iPhone 6 və Samsung Galaxy S7 kimi tanınmış telefonlar da daxildir.
Medianews.az xəbər verir ki, WhatsApp 2016-cı ildə və ondan əvvəl istehsal olunmuş smartfonlara dəstəyini rəsmi olaraq dayandırır. İlk mərhələdə bu cihazlar artıq yeniləmə ala bilməyəcək, daha sonra isə texniki tələblərə cavab vermədikləri üçün tətbiq ümumiyyətlə açılmayacaq.
Şirkət qərarını yeni funksiyaların köhnə cihazlarda performans problemləri yaratması ilə əsaslandırıb.
Dəstəyin dayandırılması yüzlərlə modelə təsir edir. Siyahıda adı çəkilən daha məşhur cihazlardan bəziləri bunlardır:
Huawei Mate 9 Pro
Samsung Galaxy S7
Xiaomi Mi Note 2
HTC 10 evo
Sony Xperia XZ
Xiaomi Mi 5 Pro
Samsung Galaxy C9 Pro
iPhone 6
iPhone 6s
Bu telefonlarda bu gündən WhatsApp artıq istifadə edilə bilməyəcək.