Medianews.az
 Bredli Barkola:
74 baxış

Bredli Barkola: "O, əsl dahidir"

Fransa millisinin futbolçusu Bredli Barkola açıqlaması ilə gündəm olub.  

Medianews.az xəbər verir ki, futbolçu, "Bavariya"da çıxış edən komanda yoldaşı Maykl Oliseni dahi adlandırıb: “Olise əsl dahidir. O, topa hər toxunuşunda meydanda təhlükə yaradır”. 

Maykl Olise geridə qalan mövsümdə "Bavariya"nın heyətində möhtəşəm oyun nümayiş etdirərək 57 matçda 25 qol vurub və 28 məhsuldar ötürmə edib. O, klubu ilə Bundesliqanın və Almaniya Kubokunun qalibi olmaqla yanaşı, çempionatın ən yaxşı futbolçusu seçilib.

Hazırda Olise Fransa millisinin heyətində DÇ-2026-da çıxışını davam etdirir və komandası ilə birlikdə pley-offun 1/8 finalındakı Paraqvay matçına hazırlaşır.

Medianews.az

Bizə qoşulun