Eyni universitetin beş tələbəsinin fərqli məkanlarda ölümü narahatlıq doğurub.
Milli.Az xəbər verir ki, son səkkiz ay ərzində Aydında ( Türkiyə ) Adnan Menderes Universitetinin (ADÜ) beş tələbəsinin müxtəlif səbəblərdən vəfat etməsi diqqət çəkib.
Məlumata görə, 24 yaşlı Selim Ateş və 20 yaşlı Sıla Karabacak 9 May tarixində motosiklet qəzasında həlak olublar. Motosikleti traktorla toqquşub.
30 Mart tarixində isə Nazillidə 24 yaşlı Büşra Cin sinəsindən vurulub. Onun sevgilisi Özcan Korkmaz cinayətdə şübhəli bilinərək həbs olunub.
11 Noyabrda Efeler rayonunda 19 yaşlı Melisa Şengül dostları ilə içki içdikdən sonra yatağında ölü tapılıb. Onun üzərində zorakılıq izi aşkar edilməyib, lakin enerji içkisi və spirt qarışığı səbəbi araşdırılır. Ölümün dəqiq səbəbi isə otopsiya nəticəsində müəyyən ediləcək.
7 Avqust tarixində isə 20 yaşlı Teslime Hanedan meşəlik ərazidə başından vurulmuş halda tapılıb. Başlanğıcda intihar kimi qiymətləndirilən hadisədə onun sevgilisi Efehan Fidan həbs olunub.
Qeyd edək ki, adı çəkilənlərin hər biri Adnan Menderes Universitetində təhsil alırdı.


