Belarusun şimal-qərbində - Litva ilə sərhədin yaxınlığında yerləşən Veseluxa kəndi bütövlükdə satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə daşınmaz əmlak üzrə ixtisaslaşmış saytlarda məlumat yayılıb.
"Mənzərəli, tənha bir yerdə, özəl mülkdə üç həyətdən ibarət bütöv bir kənd satılır. Qiyməti: 30 min Belarus rublu və ya təxminən 10 524 dollardır", - deyə elanda bildirilib.
Məlumata görə, Veseluxa kəndi rayon mərkəzindən 5, Litva sərhədindən isə təxminən 20 kilometr məsafədə yerləşir.
Meşə kənarında, çay yaxınlığında olan yaşayış məntəqəsində hazırda istifadə olunmayan üç tikili qalmaqdadır.
Mülklərdə su quyusu və elektrik enerjisi var. Kanalizasiya sistemi yoxdur, istilik soba ilə təmin edilir.