Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların səhhəti məlum olub.
Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 25.03.2026-cı il tarixində 15:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan iki nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir./Report