“Slovakiyanın Azərbaycanla münasibətləri əladır”. Medianews.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomas Taraba söyləyib.

O, iqlim məsələsinin Slovakiya üçün prioritet olduğunu qeyd edib: “İqlim dəyişikliyi kimi problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq vacibdir, çünki heç bir ölkə bunu təkbaşına bacara bilməz”.

Tomas Taraba vurğulayıb ki, urbanizasiya yeni standartların təzyiqi altındadır və Slovakiya hesab edir ki, bəzi iqlim siyasətləri dünyada yoxsulluğun artmasına səbəb ola bilər: “Biz bu problemi yalnız birlikdə həll edə bilərik. Bu gün urbanizasiya yeni standartların ciddi təzyiqi altındadır. Biz Avropa İttifaqında standartları çox sürətlə artırırıq. Amma Slovakiya sağlam düşüncəyə əsaslanan ölkədir. Biz açıq şəkildə deyirik ki, hər həll yolu mütləq doğru deyil. Çünki bəzi iqlim siyasətləri dünyada yoxsulların sayını çoxaldır”.
Mushfiga Bayramova
Medianews.az