Astroloji proqnozlara görə, bəzi bürclər üçün qarşıdakı həftə xüsusi uğur və fürsətlərlə yadda qala bilər. Planetlərin mövqeyi bu şəxslərə həm maddi, həm də mənəvi baxımdan müsbət təsirlər vəd edir. Uzun müddətdir gözlənilən dəyişikliklər reallığa çevriləcək, bəxt onların üzünə geləcək.
Medianews.az Publika.az-a istinadən qarşıdakı həftə bəxti açılacaq 5 bürcü təqdim edir:
Qoç
Qoç bürcü üçün gələn həftə enerjili və uğurlu başlayacaq. İş həyatında gözlənilməz təkliflər ala bilərsiniz. Maddi baxımdan rahatlıq hiss olunacaq. Şəxsi münasibətlərdə isə yeni başlanğıclar mümkündür.
Buğa
Buğalar üçün sabitlik və qazanc dövrü başlayır. Uzun zamandır çəkilən zəhmətin bəhrəsini görmək vaxtıdır. Yeni əməkdaşlıqlar və faydalı tanışlıqlar yaranacaq. Maliyyə baxımından sevindirici xəbərlər alaacqlar.
Şir
Şir bürcləri üçün şans qapıları açılır. Özünü göstərmək və diqqət mərkəzində olmaq üçün ideal zamandır. Karyera sahəsində yüksəliş mümkündür. Eyni zamanda, şəxsi həyatınızda sevindirici dəyişikliklər baş verə bilər.
Tərəzi
Tərəzilər üçün harmoniya və uğur həftəsi olacaq. Uzlaşma və balans sayəsində problemləri asanlıqla həll edəcəksiniz. Yeni fürsətlər qarşısında düzgün qərarlar verəcəksiniz. Maddi vəziyyətinizdə də müsbət dəyişikliklər gözlənilir.
Balıqlar
Balıqlar üçün ilham və uğur dolu günlər yaxınlaşır. Yaradıcılıq və ideyalarınız diqqət çəkəcək. Gözlənilməz gəlir mənbələri ortaya çıxacaq. Sevdiklərinizlə münasibətləriniz daha da möhkəmlənəcək.