Rusiyada kişi həyat yoldaşını və 13 yaşlı ögey oğlunu benzin tökərək yandırmaqla hədələyib.
Medianews.az xəbər verir ki, hadisə 21 fevral gecəsi, Leninqrad vilayətinin Romanovka kəndində baş verib.
Yeniyetmə polisə zəng edərək kömək istəyib. Polislər hadisə yerinə çatsalar da, şübhəli qaçıb. Kişi müəyyən vaxtdan sonra saxlanılıb.
Qadın və uşaq xəsarət almayıb. Araşdırma aparılır.
Medianews.az