Medianews.az
“BakuBus” niyə dotasiya alır? -
275 baxış

“BakuBus” niyə dotasiya alır? - Avtobusun xərci qazancından çoxdur?

“2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir ki, “BakuBus” MMC ötən il dövlət büdcəsindən 100 milyon manat dotasiya alıb. Qeyd olunur ki, bu vəsaitin 50,7 milyon manatı “BakuBus”a pytaxtda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün verilib.

Məsələni Medianews.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, “BakuBus” hər gün 557 min sərnişin daşıyır: “Məsafədən asılı olaraq paytaxtda bir gedişin qiyməti 60, 70, 80 qəpikdir. Maksimum qiymət 1 manat 30 qəpikdir. Ortalama 65 qəpikdən götürsək, bu, günə 362 min, aya 10 milyon 861 min, ilə 130 milyon manat dövriyyə deməkdir.

"BakuBus" MMC gün ərzində paytaxtın marşrut şəbəkəsinə orta hesabla 280-320 avtobus çıxardır. Ortalama 300 avtobus götürək, hər avtobus günə 1200 manat, ay ərzində isə 36 min 200 manat vəsait toplayır. Bəs ayda 36 min 200 manat yığan avtobus niyə ziyanla işləyir ki, hələ bir dotasiya da alır? Nədir xərcləri, nə qədər xərcləyirlər, hara xərcləyirlər – bununla bağlı “BakuBus”ın hesabatı varmı? Sürücünün maaşı, yanacaq (ya elektrik), təmir və başqa xərclər ayda nə qədərdir ki, 36 min 200 manat vəsait yığan bir avtobus öz xərclərini ödəyə bilmir?”

Medianews.az

Bizə qoşulun