“Baku Energy Week” çərçivəsində iştirakçıların rahat hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq.
Medianews.az xəbər verir ki, təşkilatçılardan verilən məlumata görə, 1, 2 və 3 iyun tarixlərində tədbir iştirakçıları üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.
Xüsusi avtobuslar səhər saatlarından etibarən Bakı Metropoliteni “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzi Bakı Ekspo Mərkəzinə, eləcə də Bakı Ekspo Mərkəzindən Park Bulvar Mall “Park Bulvar Mall” istiqamətində sərnişin daşımalarını həyata keçirəcək.
Müşfiqə Bayramova
Medianews.az