Bakıda keçiriləcək ən nüfuzlu beynəlxalq enerji tədbirlərindən biri olan Bakı Enerji Həftəsi bu il yenidən təşkil olunacaq. Bu barədə “Baku Energy Week” (Bakı Enerji Həftəsi) və “TransLogistica Caspian” sərgisinə həsr olunmuş mətbuat konfransında çıxış edən “Caspian Event Organiser” şirkətinin İcraçı direktoru Bəhruz Hidayətzadə məlumat verib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, ötən illər ərzində Bakı Enerji Həftəsi regional təşəbbüsdən qlobal enerji sənayesinin aparıcı platformalarından birinə çevrilib və beynəlxalq enerji bazarında güclü marka kimi formalaşıb.
Bəhruz Hidayətzadə qeyd edib ki, builki tədbirdə dünyanın müxtəlif ölkələrindən yüksək vəzifəli dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də aparıcı enerji şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
Bildirilib ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
Qeyd olunub ki, bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edilib.
Müşfiqə Bayramova
Medianews.az