Medianews.az
Pabın qarşısında əlbəyaxa dava -
73 baxış

Pabın qarşısında əlbəyaxa dava - ANBAAN VİDEO

İngiltərədə Londonun cənub-şərqində yerləşən “The Watch House” adlı pabın qarşısında qadınlar arasında kütləvi dava baş verib.

Medianews.az xəbər verir ki, hadisə mayın 21-i baş verib.

Məlumata görə, dörd qadın arasında başlayan mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. Onlardan biri yanında kiçik bir itlə hadisə yerində olub.

Dava zamanı qadınlar bir-birinə zərbələr endirib, bir neçə nəfər yerə yıxılıb. Ətrafdakı insanlar və pub müştəriləri müdaxilə edərək vəziyyəti sakitləşdiriblər.

Hadisə şahidlərinin sözlərinə görə, dava qısa müddət ərzində xaosa çevrilib və əraziyə toplaşan insanlar təəccüblə vəziyyəti izləyiblər.

Medianews.az

Bizə qoşulun