Medianews.az
Şagirdlərə mahnı oxuyub qəfil
84 baxış

Şagirdlərə mahnı oxuyub qəfil vəfat etdi - VİDEO 18+

Kolumbiyada Orlando Marruqo adlı 54 yaşlı müəllim şagirdlərə mahnı ifa etdikdən sonra qəfil vəfat edib.

Medianews.az xəbər verir ki, hadisə Arhona şəhərindəki məktəblərin birində, şagirdlər üçün təşkil olunan “Müəllimlər Günü” tədbirində baş verib.

Məlumata görə, o, tədbirdə qısa çıxış etdikdən sonra şagirdlərə mahnı ifa edib. Səhnəni tərk etməyə çalışarkən qəfil halı pisləşib və yerə yıxılıb. Hadisə yerinə gələnlər ilkin yardım göstərsələr də, müəllimin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, onun ölümünə ürək tutması və bölgədə hökm sürən yüksək istilər səbəb ola bilər. Hadisə məktəbdə böyük kədər yaradıb.

Medianews.az

Bizə qoşulun