Medianews.az
Bakıda qəza olub, motosikletçi ölüb
85 baxış

Bakıda qəza olub, motosikletçi ölüb

Bakıda avtomobil motosikletlə toqquşub.

Medianew.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonunda baş verib.

Belə ki, Cəmil Behbudov idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Vüqar Əşrəfzadə idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində Vüqar Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə cinayət işi başlanılıb.

Bizə qoşulun