Medianews.az
Bakıda İNSİDENT:
184 baxış

Bakıda İNSİDENT: DİN araşdırmaya başladı

İyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.

Bu barədə Medianews.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

“İlkin araşdırmalar zamanı müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Bizə qoşulun