"Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 9 mindən çox müraciət daxil olub".
Medianews.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Mərkəz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib:
"Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 27.05.2026 - 31.05.2026-cı il tarixlərində 9 592 çağırış daxil olub. Bu çağırışlar üzrə 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Bakı şəhəri üzrə ən çox müraciət 28 may 2026-cı il tarixində qeydə alınıb. Belə ki, müraciət sayı 2 061, hospitalizasiya olunanların sayı 190 nəfər təşkil edib. Çağırış səbəbləri əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub".//Milli.Az