Aprelin 16-da “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 113,01 dollara düşüb. Ötən gün “AzəriLayt” 118,56 dollara satılmışdı.
Neftin qiyməti ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən aprelin 8-dək apardığı hərbi əməliyyatlar dalğasında hasilat və daşımalara əngəllər üzündən kəskin dəyişir.
Medianews.az bildirir ki, Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.